6 kilodan çox doğulan körpə gündəm oldu — Video

Türkiyənin Bursa şəhərində çəkisi 6 kq-dan çox olan oğlan uşağı dünyaya gəlib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb. Bildirilib ki, Ali Atilla adı verilən körpə 2024-2025-ci illər ərzində ölkənin ən kilolu (6 kq 150 qr) yenidoğulanı olub. Belə ki, ötən il İspaniyada doğulan 6 kiloqramlıq körpə Avropada gündəm olmuşdu. Xatırladaq ki , bu ilin yanvar ayında Bakıda 6 kq çəkidə körpə dünyaya gəlmişdi.