Tramp Rusiya ilə bağlı 3 variantdan bunu seçdi
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sərt sanksiyalar arasından orta sərtlikdə olan məhdudiyyətləri seçib. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “The Wall Street Journal” (WSJ) qəzeti yayıb. Bildirilib ki, Trampa Rusiyaya qarşı sanksiya tədbirləri ilə bağlı 3 variant təklif edilib. Sərt sanksiyalar Rusiyanın sənaye sahəsinə və ölkənin ali rəhbərliyinə aid olub. Orta sərtlikdə olan variant Rusiyanın energetika sahəsinə şamil edilib, üçüncü variant isə yüngül məhdudlaşdırıcı tədbirlərdən ibarət olub. Adı açıqlanmayan məmurun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset sözügedən qərar verilərkən orada iştirak ediblər və Ağ Ev rəhbərinin seçimini dəstəkləyiblər. Qeyd edək ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “Lukoyl” şirkətlərini, eləcə də həmin şirkətlərin 34 törəmə strukturlarını yeni sanksiya paketinə daxil edib.

Şərh verin