"Mənim Ramiz haqqında deyiləcək sözüm yoxdur" - Kürəkənindən ŞOK AÇIQLAMA
Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilmiş Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığını necə keçirməsi ilə bağlı ona zəng etsək də, telefonlara cavab verməyib. Milli.Az xəbər verir ki, manset.az məsələ ilə bağlı Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevlə əlaqə saxlayıb. Ramiz Mehdiyevlə bağlı "Onun vəziyyəti necədir?" sualına İlham Əliyev belə cavab verib: "Mənim Ramiz haqqında deyiləcək heç bir sözüm yoxdur" - deyərək telefon zəngini sonlandırıb. Qeyd edək ki, Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və çirkli pulların yuyulması kimi ağır cinayətlərdə ittiham olunur. Milli.Az

Şərh verin