Nəriman Qurbanov vəfat etdi — Yenilənib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəfat edib. “Qafqazinfo” xəbər verir ki, o, 65 yaşında dünyasını dəyişib. Qeyd edək ki, N.Qurbanov yazıçı və ssenarist Əhmədağa Muğanlının oğludur. *** Nəriman Qurbanovun ölüm səbəbi məlum olub. Oxu.Az-ın məlumatına görə, o, ötən gecə evində olarkən qəfil infarkt keçirib və hadisə yerində dünyasını dəyişib. Mərhum Aparat rəhbəri iki gün əvvəl 65 yaşını qeyd edib.