Sabirabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi — Foto

Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs müəyyən olunub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü  Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb. Polis əməkdaşları tərəfindən əməli törədən O.Yordanidze barəsində məsuliyyət tədbiri görülüb.