Bu şəxsi görənlər dərhal polisi yığsın
Sabirabad rayon sakini, 1959-cu il təvəllüdlü İbrahimov İmamverdi Şahbaz oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. İ.İbrahimovun əlamətləri: boyu 172 sm, arıq bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi qəhvəyidir. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə və ya Sabirabad Rayon Polis Şöbəsinə (02123 5 52 03, 050 352 69 89) məlumat vermələri xahiş olunur. Milli.Az

Şərh verin