“Huaweı watch GT 6” və “Huaweı watch GT 6 Pro” — Hansı sizin üçün uyğundur?

Ağıllı saat bazarında seçim etmək bəzən çətin ola bilər, xüsusilə “Huaweı”nin “Huaweı watch GT 6” və “Huaweı watch GT 6 Pro” modelləri kimi yüksək səviyyəli cihazları mövcud olduqda. Hər iki model öz sinfində güclü xüsusiyyətlərə malikdir, amma fərqlər də kifayət qədər nəzərə çarpandır. Bu məqalədə biz hər iki cihazı ətraflı müqayisə edəcəyik və hansının daha məqsədəuyğun olduğunu göstərəcəyik. Dizayn və material fərqləri “Huaweı watch GT 6 Pro” əsas üstünlüyünü premium materiallardan əldə edir. Saatın korpusu titan ərintisi ilə, ekran isə sapfir şüşə ilə qorunub. Bu, həm möhkəmlik, həm də zəriflik təmin edir. “Huaweı watch GT 6 Pro” isə daha sadə materiallardan hazırlanıb, lakin o da polad davamlığı ilədir. 46 mm modelin ekranı “Amoled” texnologiyasına malikdir, lakin parlaqlıq və ölçü “Huaweı watch GT 6 Pro” ilə müqayisədə bir qədər kiçikdir. 41 mm versiyası isə daha kompakt dizayn axtaranlar üçün nəzərdə tutulub. Kəmər seçimləri baxımından, “Huaweı watch GT 6 Pro” üç premium variantla gəlir: titan, flüoroelastomer və toxunmuş parça. “Huaweı watch GT 6” isə əsasən flüoroelastomer və dəridən hazırlanmış kəmərlərlə təqdim olunur. Batareya və enerji davamlılığı Batareya sahəsində hər iki cihaz güclüdür. “Huaweı watch GT 6 Pro” 21 günə qədər enerji saxlayır, aktiv məşq rejimində isə 40 saata qədər davam edir. “Huaweı watch GT 6 Pro” 46 mm modeli isə eyni zamanda 21 gün işləyə bilir, kiçik diamertli 41 mm versiyası maksimum 14 gün davam edir. İdman və açıq hava funksiyaları Hər iki saat açıq hava idman rejimləri, peşəkar velosiped göstəriciləri, golf və qaçış analizləri, “Huaweı Sunflower GPS” sistemi və “TruSport” alqoritmi ilə fərqlənir. Bu funksiyalar idman performansınızı elmi səviyyədə təhlil edir. Hər iki model TruSense sistemi ilə gəlir, lakin “Huaweı watch GT 6 Pro” daha təkmilləşdirilmiş sensorlar, EKQ analizi, yorğunluq və stress izləmə, yuxu keyfiyyətinin daha dərindən analizi imkanlarını təqdim edir. Bundan əlavə nəbz, SpO₂, yuxu və stress göstəricilərini izləyirlər, tövsiyələr verirlər Ağıllı saatların “Amoled” ekranı 1,47 düymdür və 3000 nit parlaqlığa malikdir. Bu, hətta birbaşa günəş işığında belə mükəmməl görünür. İdman rejimləri “Huaweı watch GT 6” seriyasının saatları idman və sağlam həyat tərzini dəstəkləyən çoxsaylı funksiyalara malikdirlər. Smart saatlarda 100-dən çox idman rejimi mövcuddur: qaçış, velosiped sürmə, üzgüçülük, fitnes, yoqa, yürüş və s. rejimlər hərəkətlərinizi, məsafəni, tempi, kalori sərfini və nəbzi dəqiq şəkildə ölçür. GPS modulu açıq havada məşqlər zamanı marşrutu izləməyə imkan verir. Süni intellekt əsaslı analiz sistemi nəticələri təhlil edərək məşq tövsiyələri təqdim edir. Üzgüçülük rejimi suya davamlı dizayn sayəsində effektiv işləyir. Bu xüsusiyyətlər “Huawei Watch GT 6 və Pro”nu həm peşəkar idmançılar, həm də sağlam həyat tərzi sevənlər üçün ideal seçimə çevirir.