Biləsuvarda qəza, yaralılar var — Fotolar

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndinin ərazisində qeydə alınıb. Belə ki, hadisə zamanı minik və yük avtomobilləri toqquşub. Qəzada xəsarət alan 3 nəfər rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Surxay Şahbazov