Gəncədə ana və 3 övladı dəm qazından zəhərləndi

Gəncədə bir ailənin dördü üzvü dəm qazından zəhərlənib. Milli.Az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. İlkin məlumata görə, 1989-cu il təvəllüdlü Əminə Səmədova və onun üç övladı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Qadın başqa tibb müəssisəsinə azyaşlılar isə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Milli.Az