Sabunçuda energetiklərin peşə bayramı qeyd edildi

Sabunçu Rayon İcra Hakimiyyətində Azərbaycan energetiklərinin peşə bayramı günü ilə bağlı tədbir keçiri lib. “Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyyəti başçısı Adil Vəliyev açıb. O bildirib ki, artıq 21 ildir Azərbaycan energetikləri 20 oktyabrı öz peşə bayramları günü kimi qeyd edirlər. Bu tarix Azərbaycanın həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə əsaslanır. Düz 44 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku Ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi isə milli energetika salnaməmizin daha bir şanlı səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir. Tədbirdə daha sonra çıxış edən Rayon İcra Hakimiyyyəti başçısının I müavini Elşən Həsənli, başçının müavini Ramil Əliyev və Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov rayon ərazisində enerji təchizatı sahəsində çalışan əməkdaşları peşə bayramları münasibətilə təbrik edib. Daha sonra Sabunçu Rayon Enerji Təchizatı və Satışı idarəsinin rəisi Ülvi Həsənov və Maştağa Enerji Təchizatı və Satışı idarəsinin rəisi Paşa Əliyev Sabunçu Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunub. Həmçinin Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatı tərəfindən də rayon ərazisində enerji təchizatı sahəsində çalışan, partiya üzvləri olan Əlsafa Quliyev və Rasim Əhmədov Fəxri Fərmanla təltif olunub.