Ermənistanda hərbi xidmətin müddəti azaldılır

Ermənistanda həqiqi hərbi xidmətin müddəti azaldılır. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan videomüraciətində bildirib. Onun sözlərinə görə, 2026-cı il yanvarın 1-dən ölkədə həqiqi hərbi xidmətin müddəti 2 il deyil, 1 il yarım təşkil edəcək. Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi sentyabrda hərbi xidmətin müddətinin azaldılmasını təklif edib.