Trampı təqlid etdi — Video

Venesuela Prezidenti Nikolas Maduro ölkəsində keçirilən partiya toplantısında ABŞ Prezidenti Donald Trampı təqlid edib. “Qafqazinfo” xəbər verir ki, görüş zamanı Maduro Trampın tez-tez “sülh” ifadəsini işlədərək insanları aldatmağa çalışdığını bildirib və onun danışıq tərzini təqlid edərək zalda olanları güldürüb. Maduronun təqlidi tədbirdə iştirak edən dəstəkçiləri tərəfindən gülüş və alqışlarla qarşılanıb.