PSJ və “Arsenal”dan böyükhesablı qələbə — UEFA Çempionlar Liqası
UEFA Çempionlar Liqasında əsas mərhələnin növbəti oyunları keçirilib. “Qafqazinfo” xəbər verir ki, üçüncü turun ilk oyun günündə 9 görüş təşkil olunub. Tura oktyabrın 21-i saat 20:45-də “Barselona” (İspaniya) - “Olimpiakos” (Yunanıstan), “Kayrat” (Qazaxıstan) - “Pafos” (Kipr) oyunları ilə start verilib. Mərkəzi Asiya təmsilçisi kipirlillərlə qolsuz sülhə razılaşsa da prineylillərlə balkanlılların görüşü daha məhsuldar olub. “Estadi Olimpic Lluis Companys” stadionunu “Olimpiakos”a dar edən “Barselona” 6:1 hesabı ilə qələbə qazanıb. Digər matçlarda da böyükhesablı nəticələr qeydə alınıb: UEFA Çempionlar Liqası III tur 20:45. “Barselona” (İspaniya) 6 -1 “Olimpiakos” (Yunanıstan) 20:45. “Kayrat” (Qazaxıstan) 0-0 “Pafos” (Kipr) 23:00. “Bayer” (Almaniya) 2-7 PSJ (Fransa) 23:00. “Arsenal” (İngiltərə) 4-0 “Atletiko” (İspaniya) 23:00. “Kopenhagen” (Danimarka) 2-4 “Borussiya” (Dortmund, Almaniya) 23:00. “Nyukasl” (İngiltərə) 3-0 “Benfika” (Portuqaliya) 23:00. “Vilyarreal” (İspaniya) 0-2 “Mançester Siti” (İngiltərə) 23:00. PSV (Niderland) 6-2 “Napoli” (İtaliya) 23:00. “Yunion” (Belçika) 0-4 “İnter” (İtaliya).

Şərh verin