London öz qoşunlarını İsrailə göndərdi

Yüksəkrütbəli zabitin başçılıq etdiyi Böyük Britaniya hərbi komandası İsrailə yola düşüb. “Qafqazinfo” “Sky News”a istinadən xəbər verir ki, bu haqda Britaniyanın müdafiə naziri Con Hili bildirib. Nazirin sözlərinə görə, Britaniya Qəzza zolağında atəşkəsə nəzarət etmək üçün beynəlxalq səylərə dəstək olacaq. Hili qeyd edib ki, Birləşmiş Ştatların tələbi ilə Britaniya ordusuna rəhbərlik etmək üçün general-mayor zabit təyin edilib. O, Qəzzadakı Mülki-Hərbi Koordinasiya Mərkəzinə cavabdeh olan amerikalı komandirin müavini olacaq. Hili Londonun regionda sülhün bərqərar olmasında mühüm rol oynamaq niyyətində olduğunu vurğulayıb.