
“Barselona” “Olimpiakos”u darmadağın etdi
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə qrup mərhələsinin 3-cü turunda İspaniyanın “Barselona” komandası Yunanıstanın “Olimpiakos” klubuna qarşı inamlı qələbə qazanıb. “Qafqazinfo” xəbər verir ki, Kataloniya təmsilçisi “Nou Camp”da keçirilən qarşılaşmada rəqibini 6:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, oyunun qəhrəmanı Fermin Lopes olub. Belə ki, o het-trik müəllifi kimi fərqlənib. Markus Reşford da iki qol vurub, Lamin Yamal isə penaltidən hədəfi dəqiq tapıb. Yunan klubunun yeganə qolunu isə penalti zərbəsindən Ayub El-Kaabi vurub. 57-ci dəqiqədə “Olimpiakos”un yarımmüdafiəçisi Santiaqo Esen isə qırmızı vərəqə alaraq meydandan qovulub.
Şərh verin