Xarkovda uşaq bağçası vuruldu — Video

Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə pilotsuz uçuş aparatları ilə zərbə endirib. “Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, zərbə nəticəsində şəhərdə özəl uşaq bağçasında yanğın baş verib. Hadisə nəticəsində 1 qadın həlak olub, daha 6 nəfər isə yaralanıb. Bağçadakı uşaqlar isə təxliyə edilib. Hücum zamanı bağçanın yaxınlığında yerləşən ofisə də zərər dəyib.