Sarkozini həbsxanada polis qoruyur
Fransanın sabiq prezidenti Nikola Sarkozi həbsxanada polis tərəfindən qorunur. “Qafqazinfo” xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes “Europe 1” radiostansiyasına müsahibəsində bildirib. “Aydındır ki, o da digər vətəndaşlar kimi bir vətəndaşdır, lakin eyni zamanda, sabiq prezidentin üzləşə biləcəyi daha ciddi təhdidlər mövcuddur”, - o bildirib. Nazir qeyd edib ki, Sarkozini həbsxanada qorumaq üçün polis əməkdaşlarının göndərilməsi haqqında qərarı şəxsən özü qəbul edib. Xatırladaq ki, N.Sarkozi sentyabrda 5 il müddətinə azadlıqdan məhrum edilib . O, 2007-ci ildəki seçki kampaniyasını qanunsuz maliyyələşdirmək işində təqsirli bilinib. Oktyabrın 21-də isə 70 yaşlı siyasətçi cəzasını çəkəcəyi həbsxanaya yollanıb .

Şərh verin