Putinin xüsusi nümayəndəsi ABŞ-dədir

Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriev ABŞ-də səfərdədir. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “CNN” telekanalı yayıb. Bildirilib ki, həmçinin Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun baş direktoru olan K.Dmitrievin ABŞ lideri Donald Tramp administrasiyasının nümayəndələri ilə görüşü gözlənilir: “Görüş zamanı ABŞ və Rusiya arasında münasibətlərin müzakirəsinin davam etdirilməsi planlaşdırılır”.