Gəncədə maşınlar toqquşdu — Xəsarət alanlar var+Fotolar

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, qəza şəhərin Atatürk prospketi ilə Ş. İ. Xətai prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, “Ford” markalı avtomobillə “VAZ 2107” markalı maşın toqquşub. İlkin məlumata görə, qəza zamanı iki nəfər xəsarət alıb. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. *** Məlumata görə, xəsarət alan şəxslər 1961-ci il təvəllüdlü Sənubər İbrahimova və 1967-ci il təvəllüdlü Novruz Sadıqovdur. Yunis Quliyev