Güləşçilərimiz dünya çempionatında 1 qızıl, 1 bürünc medal qazandılar
Azərbaycan yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında 1 qızıl, 1 bürünc medal qazanıblar. Milli.Az xəbər verir ki, təmsilçilərimizdən Elmir Əliyev (55 kq) finalda rusiyalı Alibek Amirova (UWW) 3:2 hesabıyla qalib gələrək qızıl medala sahib çıxıb. Ruslan Nurullayev (72 kq) isə üçüncü yer uğrunda görüşdə ermənistanlı Qaspar Terteryanı 3:1 hesabı ilə üstələyərək bürünc medal əldə edib. Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən Ziya Babaşov (63 kq) dünya çempionu olub. Milli.Az

Şərh verin