Aleyna Tilkinin Amsterdam səfəri kabusa çevrildi - FOTO
Türkiyənin məşhur müğənnisi Aleyna Tilki Hollandiyanın paytaxtı Amsterdamda oğurluq hadisəsi ilə qarşılaşıb. Milli.Az xəbər verir ki, sənətçi sosial media hesabında paylaşım edərək pasportu, noutbuku və pul kisəsinin oğurlandığını bildirib. Tilki paylaşımında izləyicilərinə səslənərək yardım istəyib: "Dostlar, mən hazırda Amsterdamdayam. Çantam, pasportum, noutbukum və hər şeyim oğurlandı. Çanta və onun yeri haqqında sizə növbəti səhifədə məlumat verəcəyəm. Adətən qiymətli əşyaları götürüb pasportları və çantanı bir yerə atırlar. ABŞ-da çox vacib bir səhnədə çıxış etməli idim və pasportumu tapmalıyam. Onu tapan hər kəsə dərin dualarımı göndərəcəyəm" . Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib, lakin müğənni itmiş sənədlərini tapmaq üçün izləyicilərindən kömək gözlədiyini qeyd edib. Milli.Az

Şərh verin