Ağ Evin altındakı bunker modernləşdirilir

Ağ Evin altında yerləşən yeraltı bunkerin modernləşdirilməsinə başlanılıb. “Qafqazinfo” CBS telekanalına istinadən xəbər verir ki, bunker İkinci Dünya müharibəsi zamanı Prezident Franklin Ruzvelti Vaşinqtona mümkün hava hücumlarından qorumaq üçün tikilib. Məlumata görə, Ağ Evin şərq hissəsində aparılan işlər təkcə bal zalının tikintisini deyil, həm də Prezident Fövqəladə Əməliyyat Mərkəzinin (PEOC) yerləşdiyi müdafiə qurğusunun yenidən qurulmasını əhatə edir. Müasir tarixdə yeraltı sığınacaq 11 sentyabr 2001-ci il terror aktlarından sonra və 2020-ci ildə ABŞ Prezidenti Donald Trampın Corc Floydla (2020-ci ilin mayında Minneapolisdə həbsi zamanı ölən afroamerikalı - red.) bağlı etirazlar zamanı orada sığındığı vaxt istifadə edilib. Bunkerin modernləşdirilməsinin maliyyə mənbəyi açıqlanmır, bal zalının tikintisi isə sponsorların vəsaiti hesabına həyata keçirilir.