Aparat rəhbərinin ölüm səbəbi bəlli oldu - FOTO
Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov dünyasını dəyişib. Milli.Az-ın məlumatına görə, 65 yaşlı Nəriman Qurbanov uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Onun ölümünə səbəb infarkt olub. Qurbanov ötən gecə evində vəfat edib. Qeyd edək ki, Nəriman Qurbanov oktyabrın 20-də 65 illik yubileyini qeyd etmişdi. Milli.Az

Şərh verin