Sabah hava çiskinli olacaq

Oktyabrın 25-i üçün hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə Bakı və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə az çiskin ehtimalı var, səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-16, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək. Ölkə ərazisində isə hava əsasən yağmursuz keçəcək. Gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış və şimşək çaxması ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Temperatur gecə 10-15, gündüz 20-25 dərəcə, dağlıq ərazilərdə gecə 3-7, gündüz 11-16 dərəcə isti olacaq. Milli.Az