Zooparkda çəkilən görüntülər təəccüb doğurur - Şir niyə bu hala düşüb?
Vəhşi təbiətdə erkək şirlər anaları və bacıları ilə cütləşməmək üçün müəyyən yaşa çatdıqda sürülərini tərk edirlər. Bu, genetik müxtəlifliyin qorunmasına və sağlam nəsillərin yaranmasına kömək edən təbii davranış formasıdır. Lakin heyvanxanalarda bu təbii mexanizm pozulduğu üçün eyni nəsildən olan şirlər arasında cütləşmə halları müşahidə olunur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür hallar genetik və fiziki pozğunluqların yaranmasına səbəb ola bilər. Milli.Az bildirir ki, zooparkda çəkilən görüntülər bunun bariz nümunəsidir. Baytarlar bildirirlər ki, qohum fərdlərin cütləşməsi nəticəsində doğulan balalarda skelet deformasiyası, görmə və eşitmə zəifliyi, sinir sistemi xəstəlikləri kimi qalıcı problemlər meydana çıxır. Uzmanlar hesab edirlər ki, zooparklarda nəsil artırma proqramları təbiətdəki davranış modellərinə uyğun şəkildə planlaşdırılmalıdır. Onların sözlərinə görə, beynəlxalq gen bazalarından istifadə və genetik nəzarət mexanizmlərinin gücləndirilməsi belə halların qarşısını almaq üçün vacibdir. Heyvan haqları müdafiəçiləri isə təbiətin qanunlarına zidd olan bu müdaxilələrin təkcə aslanlara deyil, ümumilikdə ekosistemə də mənfi təsir göstərdiyini bildirirlər. İsmayıl Milli.Az

Şərh verin