Kirayə yaşadığı evdən çıxarılması ilə gündəm olan alim vəfat etdi

Ötən il kirayə yaşadığı evdən çıxarılan tanınmış ilahiyyatçı-alim Fazil İsmayılov vəfat edib. “Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıb. Bildirilib ki, 77 yaşlı fəlsəfə doktoru küçədə gedərkən qəfil yıxılıb və vəfat edib. Xatırladaq ki, 1 il əvvəl kirayə borcunu ödəyə bilmədiyi üçün ev sahibi Fazil İsmayılovu mənzildən çıxarmışdı. İddiaya görə, o, birillik kirayə haqqını ödəməmişdi. Qeyd edək ki, Fazil İsmayılov Ankara Universitetində 17 il müəllim işləyib. 29 kitab müəllifi və “Quran”ın rusca və azərbaycanca tərcüməçisidir.