ABŞ “Rosneft” və “Lukoyl”a qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ Rusiyanın iki ən böyük neft şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib. “Qafqazinfo”nun məlumatına görə, xəzinədarlıq katibi Rusiya-Ukrayan müharibəsini pisləyərək, bunun üçün lazım gələrsə, əlavə tədbirlər görməyə hazır olduqlarını deyib. Sanksiya “Rosneft” və “Lukoyl”a, eləcə də onların törəmə şirkətlərinə qarşı tətbiq edilib.