Tramp Putinlə görüşü niyə ləğv etdiyini açıqladı

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə planlaşdırılan görüşün Vaşinqton tərəfindən ləğv edildiyini açıqlayıb. “Qafqazinfo”nun məlumatına görə, Tramp bu barədə NATO-nun Baş katibi Mark Rutte ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb. “Bunu düzgün hesab etmədim”, – deyə Tramp görüşün ləğv səbəbi barədə bildirib. Prezident əlavə edib ki, Rusiyanın iki böyük neft şirkətinə qarşı sanksiyaların sərtləşdirilməsi qərarı da təsadüfi deyil. Onun sözlərinə görə, bu addımın vaxtı artıq yetişmişdi. Tramp həmçinin yeni neft sanksiyalarının Vladimir Putini düşünməyə vadar edəcəyinə ümid etdiyini vurğulayıb. Xatırladaq ki, iki ölkə lideri arasında yaxın zamanlarda Macarıstanda görüş keçirilməsi planlaşdırılırdı. Lakin daha sonra Ağ Ev görüşün baş tutmayacağını açıqlamışdı.