
Onlar üçün yaşayış minimumu bu qədər olacaq
Azərbaycanda yaşayış minimumu artırılır. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat , əmək qabiliyyətli əhali üçün 317 manat , pensiyaçılar üçün 245 manat , uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək. Eyni zamanda, 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat olacaq. Məlumat üçün bildirək ki, 2025-ci ildə ölkədə yaşayış minimumu və ehtiyac meyarı 285 manat olub. Nuranə Daxilqızı
Şərh verin