"iPhone 19" modeli istehsal olunmayacaq

Amerikanın "Apple" korporasiyası 2027-ci ildə ilk "iPhone"un 20 illiyi münasibətilə "iPhone" 19 modelini buraxmayacaq və birbaşa "iPhone" 20 təqdim edəcək. Milli.Az xəbər verir ki, bu barədə "ETNews" nəşri məlumat yayıb. Bildirilir ki, " Apple" 2027-ci ilin birinci yarısında "iPhone 18e" və "iPhone 20", ilin ikinci yarısında isə "iPhone 20 Air", Pro, Pro Max və "iPhone Fold 2" modellərini bazara çıxaracaq. Bu addım "Apple"ın "iPhone"un 20 illiyi münasibətilə seriyanın adlandırma sistemini, məhsul xəttini və buraxılış vaxtını yeniləmək cəhdi ilə bağlıdır. Qeyd olunur ki, Apple 2017-ci ildə oxşar addım ataraq, ilk"iPhone"un 10 illiyi münasibətilə "iPhone" 9 modelini buraxmamış, onun əvəzinə "iPhone" 8 və "iPhone" X modellərini təqdim etmişdi. Milli.Az