Qazaxıstanda ağır qəza — 12 ölü - Video

Qazaxıstanda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” “Tengrinews”a istinadən xəbər verir ki, Samara-Şımkent avtomobil yolunda yük avtomobili ilə sərnişin mikroavtobusu toqquşub. Hadisə nəticəsində 12 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb. İlkin məlumata görə, qəzaya səbəb yük maşınının qarşı hərəkət zolağına çıxması olub.