
19 yaşlı oğlan evdə ölü tapıldı
Bakıda mənzildən gənc oğlanın meyiti tapılıb. “Qafqazinfo” xəbər verir ki, 19 yaşlı Nurlan Əliyev bu gün səhər saatlarında yaşadığı evdə ölmüş vəziyyətdə aşkar edilib. Hələ ki, onun ölüm səbəbi bilinmir. Meyit müayinə edilməsi üçün aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, Nurlan əslən Astara rayonundandır. O, paytaxtda qardaşı ilə birgə yaşayırmış. Surxay Şahbazov
Şərh verin