Bu xəstəliklər də tibbi sığorta ilə müalicə olunacaq

Gələn il şəkərli diabet başda olmaqla indiyədək icbari tibbi sığorta zərfinə daxil olmayan bir çox xəstəliklər də sığorta ilə müalicə olunacaq. Milli.Az-ın əldə etdiyi məlumata görə, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. İcbari Tibbi Sığorta Fondunun vəsaitləri hesabına 2026-cı ildən həyata keçirilməsi nəzərdə tutulan xəstəliklərə aşağıdakılar daxildir: -xroniki böyrək çatışmazlığı, -hemofiliya, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlər, -ixtioz və buliyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikası, -dağınıq skleroz xəstəliyinin müalicəsi, -vərəm, -uşaqlarda Kistoz Fibroz genetik xəstəliyi. Bununla bağlı qanunvericiliyə müvafiq dəyişiklər edilməsi nəzərdə tutulub. Milli.Az