Fənərbağça Kerem Aktürkoğlunun qolu ilə Ştutqardı məğlub etdi - FOTO

UEFA Avropa Liqasının 3-cü turunda Fənərbağça, Almaniyanın Ştutqart klubunu Kerem Aktürkoğlunun penalti qoluyla 1-0 hesabı ilə məğlub edib. Hakim qərarlarının damğa vurduğu qarşılaşmadan sonra sarı-göylər ardıcıl ikinci qələbəsini qazanaraq xallarını 6-ya yüksəldib. Milli.Az xəbər verir ki, matç Türkiyə təmsilçisinin meydanında - Çobani Stadionunda keçirilib. Fənərbağçanın yeganə qolunu 34-cü dəqiqədə penalti zərbəsindən Kerem Aktürkoğlu vurub. 11-ci dəqiqədə arxa dirəyə hərəkət edən Kerem Aktürkoğlunun baş zərbəsini qapıçı Nübel dəf edib. 20-ci dəqiqədə Stutqartlı futbolçu Bilal El Khannouss Fənərbağçalı Edson Alvarezi kobud şəkildə dayandırıb. O, sarı vərəqə alsa da, Fənərbağça oyunçuları VAR-dan qırmızı vərəqə müdaxiləsi gözlədilər, lakin hakim Yakob Kehlet oyunu davam etdirib. 21-ci dəqiqədə Asensionun ötürməsi ilə cərimə meydanına daxil olan En-Nesyrinin zərbəsini Nübel çətinliklə qaytarıb. Topu ələ keçirən Kerem, Semedoya ötürüb, lakin onun uzaq məsafədən zərbəsini də qapıçı zərərsizləşdirib. 31-ci dəqiqədə Keremin sol küncdən yerinə yetirdiyi künc zərbəsi zamanı Skriniar rəqibin müdaxiləsi ilə yerdə qalıb. Hakim, Stillerin faul etdiyini müəyyənləşdirərək penalti nöqtəsini göstərib. 34-cü dəqiqədə topun arxasına keçən Kerem Aktürkoğlu, zərbəsini qapıçıdan fərqli istiqamətə göndərərək Fənərbağçanı önə keçirib - 1:0. 60-cı dəqiqədə Fənərbağça bir daha penalti qazanıb. Nenenin cərimə meydanında yıxılması sonrası verilən qərar VAR yoxlamasından sonra ləğv olunub - epizodun əvvəlində En-Nesyri ofsaytda idi. 66-cı dəqiqədə bu dəfə Ştutqart penalti qazandı, lakin VAR-dan sonra Edson Fernandesin rəqibə yox, topa müdaxilə etdiyi müəyyən edildi və penalti qərarı ləğv edildi. Qarşılaşmanın qalan hissəsində hesab dəyişmədi və Fənərbağça vacib qələbə qazandı. Bu nəticə ilə Fənərbağça 6 xal, Ştutqart isə 3 xalda qaldı. Avropa Liqasının növbəti turunda Fənərbağça öz meydanında Ferençvaroşu, Ştutqart isə Feyenoordu qəbul edəcək. Lalə Qüdrətova Milli.Az