İki universitetə gələn il 45 milyon manat ayrılacaq

Qarabağ Universitetinin fəaliyyətinin 2026-cı ildə təmin edilməsi məqsədilə 39 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır. Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub. Qarabağ Universitetində 6 istiqamət və 34 ixtisas (o cümlədən, tibb ixtisası üzrə 100 nəfər) üzrə 2 500-dək tələbənin təhsil alması planlaşdırılır. 2025/2026-cı tədris ilindən etibarən isə universitetdə 4 000-dək tələbənin təhsil alması və onların yataqxanalarda yerləşdirilməsi nəzərdə tutulur. Həmçinin 2025/2026-cı tədris ilindən fəaliyyətə başlayacaq "Azərbaycan-Türkiyə Birgə Universiteti"nin mühəndislik və tibb ixtisasları üzrə 300 nəfər tələbənin təhsil alması planlaşdırılır. Yeni ali təhsil müəssisəsinin fəaliyyətinin növbəti ildə təmin olunması üçün 6 milyon manat vəsait nəzərdə tutulub. Milli.Az