Ağdam sakini Mingəçevirdə bıçaqlandı — Saxlanılan var+Yenilənib
Mingəçevirdə 35 yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. “Qafqazinfo”nun məlumatına görə, hadisə məcburi köçkünlərin kompakt yaşadığı Heydər Əliyev prospektində yerləşən şəhərcikdə baş verib. Əslən Ağdamdan olan 1990-cı il təvəllüdlü Abbasov Elvin Sərdar oğlunun hansı şəraitdə bıçaq xəsarəti aldığı məlum deyil. Müxtəlif dərəcəli xəsarət alan E.Abbasov xəstəxanaya çatdırılıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, 36 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır. *** Oktyabrın 23-də saat 20 radələrində Mingəçevir şəhəri ərazisində 41 yaşlı Zəfər Hüseynov aralarında yaranmış mübahisə zamanı 36 yaşlı Elvin Abbasova kəsici alətlə xəsarət yetirib. Nəticədə E. Abbasov xəstəxanaya yerləşdirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Z. Hüseynov saxlanılıb. Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır. Ziya Əmirxanlı

Şərh verin