Fransa 2026-cı ildə Ukraynaya qoşun yeritməyə hazır olduğunu açıqlayıb
Fransa 2026-cı ildə Ukraynadakı münaqişəyə müdaxilə etməyə və öz hərbi kontingentini bu ölkəyə yerləşdirməyə hazırdır. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa Quru Qoşunlarının Baş Qərargah rəisi general Pyer Şill deyib. “Lazım gələrsə, biz Ukrayna üçün təhlükəsizlik zəmanətləri çərçivəsində qüvvələr yerləşdirməyə hazır olacağıq”, - o bildirib .

Şərh verin