“Milyon qırmızı qızılgül”ün müəllifi xəstəxanaya yerləşdirildi
Rusiyalı müğənni Alla Puqaçovanın ifasındakı “Milyon qırmızı qızılgül” hitinin müəllifi Raymond Pauls xəstəxanaya yerləşdirilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Abzas” nəşri məlumat yayıb. 89 yaşlı bəstəkar əməliyyat olunduğunu açıqlayıb: “Xəstəxanadayam. Danışmaq mənim üçün çətindir, bacarmıram. Əməliyyat olundum. Hazırda gücümü bərpa edirəm”. Qeyd edilir ki, bəstəkarın Latviyadakı çıxışları oktyabr ayına planlaşdırılsa da, səhhətinin pis olması səbəbindən təxirə salınıb.

Şərh verin