Bal zalına öz adını verəcək — KİV
ABŞ Prezidenti Donald Tramp çox güman ki, Ağ Evin yeni bal zalına öz adını verəcək . “Qafqazinfo” xəbər verir ki, bu haqda ABC məlumat yayıb. Yeni bal zalının Ağ Evin Şərq qanadının yerində tikilməsi planlaşdırılır. Rəsmilər artıq layihəni “Prezident Donald Tramp bal salonu” adlandırırlar və bu adın çox güman ki, qalacağına inanırlar. Zalın tikintisinin təxminən 300 milyon dollara başa gələcəyi təxmin edilir. Trampın özü yeni zal üçün hansı adı seçəcəyini açıqlamayıb və adla bağlı suallardan qaçıb. Qeyd edək ki, Tramp dəfələrlə Ağ Evin böyük tədbirlər üçün tədbir məkanının genişləndirilməsinin zəruriliyindən danışıb. O, daha əvvəl 2029-cu ildə prezidentlik müddəti bitənə kimi başa çatdırılacaq bal zalının tikintisinə 200 milyon dollar ayırmağı təklif etmişdi.

Şərh verin