16 yaşlı qızın nişanının qarşısı alındı
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nişan mərasiminin qarşısı alınıb. Milli.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupuməlumat yayıb. Bildirilib ki, oktyabrın 25-də rayonun Yalavac kəndində 22 yaşlı şəxslə 16 yaşlı qızın planlaşdırılan nişan mərasimi barədə polisə məlumat daxil olub. Məlumata görə, keçirilən tədbirlərlə nişan mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub. Milli.Az

Şərh verin