Ağdaşda iki yük maşını toqquşdu — Ölənlər var

Ağdaşda iki yük maşını toqquşub. “Qafqazinfo”nun xəbərinə görə, yol-nəqliyyat hadisəsi bu gün saat 06 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan “Kamaz” və “Qazel” markalı yük avtomobilləri toqquşub. Nəticədə “Qazel”in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini - 38 yaşlı Rauf Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Ziya Əmirxanlı