45 gün həbsdə olacaq

İstanbul Bölgə Apelyasiya Məhkəməsi, keçmiş sevgilisini döymək ittihamı ilə məhkəmə qarşısına çıxan aktyor Ozan Güvenə verilmiş 2 il 3 aylıq həbs cəzasını təsdiqləyib. “Qafqazinfo” xəbər verir ki, qərar artıq qətiyyətləşib. Cəzanın bir hissəsi nəzarət altında azadlıq rejimi ilə tətbiq edilməyəcək və 45 gün açıq həbsxanada çəkiləcək. Qərardan sonra açıqlama verən Ozan Güven bildirib ki, ittihamları qəbul etmir: “Mən heç bir qadını döymədim, işgəncə vermədim”. Ozan Güvenin cəzasının açıqlanmasından sonra sosial mediada və şərhlərdə müxtəlif fikirlər səslənib. Bəzi istifadəçilər cəzanın kifayət etmədiyini bildirərkən, digərləri ədalətin yerinə yetirildiyini qeyd edib.