Şoyquya qarşı sui-qəsdin qarşısı alınıb
Rusiyanın sabiq müdafiə naziri, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyquya qarşı sui-qəsdin qarşısı alınıb. “Qafqazinfo” xəbər verir ki, bu haqda “Moskovski Komsomolets” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, sui-qəsdi Şoyqunun Moskvadakı Troekurovskoye qəbiristanlığında qohumlarının dəfn olunduğu yerə getməyi planlaşdırarkən baş tutacaqmış. Bildirilir ki, FTB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi noyabrın 14-ü səhər saatlarında təxribatçıların həbs olunduğunu açıqlayıb. Qeyd edək ki, noyabrın 17-də Rusiya Prezidenti Vladimir Putin təxribat əməllərinə görə cəzaları sərtləşdirən qanunu imzalayıb.

Şərh verin