“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO

Uzun illər "Çelsi"nin bombardiri olan keçmiş hücumçu Bobbi Tamblinq 84 yaşında vəfat edib. Milli.Az xəbər verir ki, futbolçu 1959-1970-ci illərdə London klubunun heyətində 370 oyuna çıxıb və 202 qol vurub. O, bu göstərici ilə "Çelsi"nin tarixində ən çox qol vuran futbolçu rekordunu müəyyənləşdirib. Tamblinqin rekordu 2013-cü ildə Frank Lampard tərəfindən yenilənib. Lampard "Çelsi" forması ilə 211 qol vuraraq klubun yeni rekordçusuna çevrilib. Fidan Milli.Az