Şahruddin bir neçə ay oynamayacaq

Azərbaycan yığmasının Fransaya qarşı keçirdiyi matçda zədələnən "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq. Milli.Az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib. O bildirib ki, 31 yaşlı çərçivə qoruyucusunun sol bud çanağında zədəsi var. Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində millimizin Fransaya 1:3 hesabı ilə uduzduğu oyunda zədələnmişdi və qarşılaşmanın fasiləsində Aydın Bayramovla əvəzlənmişdi. Milli.Az