"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
Azərbaycan Premyer Liqası təmsilçilərindən "Qəbələ" və "Kəpəz" yoxlama oyununda üz-üzə gəlib. Milli.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matç 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. "Qəbələ" 2026/2027 mövsümünə hazırlıq prosesi çərçivəsində daha 4 yoxlama oyununda gücünü sınayacaq. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin