Cloudflare: Texniki nasazlıq aradan qaldırılıb
Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda bəzi saytlara giriş məhdudlaşması ilə bağlı yaranmış texniki nasazlıq aradan qaldırılıb. Milli.Az xəbər verir ki, bu barədə Cloudflare-nin məlumatında bildirilib. Qeyd edilib ki, düzəliş tətbiq olunub: "Hesab edirik ki, insident həll edilib. Bütün servislərin normal iş rejiminə tam qayıtdığından əmin olmaq üçün səhvləri izləməyi davam etdiririk." Milli.Az

Şərh verin