Mbappe PSJ-dən 260 milyon avro tələb edir
Kilian Mbappe PSJ-dəki müqaviləsi ilə bağlı 260 milyon avro məbləğində kompensasiya tələb edib. Milli.Az xəbər verir ki, tələb etdiyi məbləğ detalları belədir: Ona edilən psixoloji təzyiq üçün təzminat: 37,5 Milyon € Müqavilə şərtlərinin dəyişdirilməsi: 6,25 Milyon € Komandadan uzaqlaşdırma təzminatı: 13,65 Milyon € Hüquqi əmək stajı təzminatı: 25,7 Milyon € Həqiqətə uyğun olmayan işdən çıxarılma: 44,6 Milyon € İmza bonusu (tətil haqqı daxil): 40,4 Milyon € 2024-cü ilin Aprel-İyun ayları üçün maaş və tətil haqqı: 19 Milyon € Bonuslar: 1,65 Milyon € Bəyan edilməmiş əlavə iş: 37,5 Milyon € Müqavilənin qanunsuz ləğvi: 18,75 Milyon € Təhlükəsizlik öhdəliklərinə əməl olunmaması: 18,75 Milyon € Mbappenin tələbi klub ilə münasibətlərin gərgin olduğunu göstərir. (Offsideplus.az) Milli.Az

Şərh verin