Rusiya ilə bir sıra istiqamətlərdə birbaşa reyslər bərpa edilə bilər

Yaxın zamanlarda Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpa edilməsi gözlənilir. “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında danışıb. Nazir vurğulayıb ki, sözügedən reyslərin bərpası 2024-cü ilin dekabrında AZAL təyyarəsi ilə baş vermiş faciəvi hadisədən sonra məhdudiyyətlər tətbiq edilən istiqamətlərə şamil olunacaq.