6 ölkənin iştirakı ilə “Birliyin Gücü – 2026” konfransı keçirilib (Foto)
6 ölkənin iştirakı ilə "Birliyin Gücü - 2026" birgə hərbi təliminin planlaşdırma konfransı keçirilib. Müdafiə Nazirliyindən Milli.Az-a bildirilib ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təşkil olunan konfransda Azərbaycan, Türkiyə, İran, Qırğızıstan, Özbəkistan və Pakistanın nümayəndə heyətləri iştirak ediblər. Qonaqları salamlayan general-leytenant Azər Əliyev ölkələr arasında hərbi əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, "Birliyin Gücü - 2026" birgə hərbi təliminin əsas məqsədi iştirakçı ölkələrin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, həmçinin dayanıqlı sülh və təhlükəsizliyə töhfə verməkdir. Konfrans iştirakçılarına təlimin sualları, ssenarisi və yerinə yetiriləcək döyüş epizodları barədə ətraflı məlumat verilib. Konfrans çərçivəsində qonaqlar təlimin keçiriləcəyi ərazi ilə əyani tanış olub, yerinə yetiriləcək tapşırıqları dəqiqləşdiriblər. Sonda iştirakçı ölkələr konfransın yekununa dair protokol imzalayıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin